Ana Sayfa > Dünya / Karusel > Xalq artisti min dollara pişik aldı

Xalq artisti min dollara pişik aldı


25-04-2017, 16:44. Yazar: admin
Xalq artisti min dollara pişik aldı



Xalq artisti Səməd Səmədov özünə min dollara pişik alıb.

AİA.Az axşam.az-a istnadən xəbər verir ki, müğənni bu haqda "Showtime" verilişində deyib.

O bildirib ki, pişiyi Moskvadan alıb:

"İt ilindənəm. Heyvanları sevirəm. İndi onlara bağban qulluq edir. İtlərim məni qocalmağa qoymur. Onlarla dəniz kənarında qaçır, tərləyirəm".

S.Səmədov Rusiyada yaşayan oğlundan danışıb:

"Oğlum bizneslə məşğuldur. Üç qız övladı var. Dördüncü qızı yoldadır, yaxın günlərdə doğulacaq".

AİA.az
Geri dön