Ana Sayfa > Siyasət > "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildi
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildiBu gün, 13:48. Yazar: Subhan |
![]() "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. aia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədə əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər. Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin onları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiya etməlidirlər. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. aia.az Geri dön |