Ana Sayfa > Siyasət > Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır


Bu gün, 13:48. Yazar: Subhan
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılır.

aia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi maliyyələşməni təmin etməlidir.

"Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

aia.az
Geri dön