Ana Sayfa > İqtisadiyyat > Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandıBu gün, 12:18. Yazar: Subhan |
![]() "Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 mln. manat məbləğindədir. Muxtar Respublikanın öz gəlirlərinin cari illə müqayisədə 40 mln. manat və ya 15 faiz artması gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyanın 13,6 mln. manat və ya 6,4 faiz azalmasına imkan yaradıb". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla tərtib olunub. "Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat həcmində proqnozlaşdırılıb. Bununla yanaşı bələdiyyə büdcələri üçün 13,5 mln. manat məbləğində dotasiya, subvensiya və subsidiyanın nəzərdə tutulub". Eyni zamanda, S.Babayev 2027-ci il üzrə dövlət büdcəsinin kəsirinin 3,1 mlrd manat, yaxud ÜDM-in 2,2%-i səviyyəsində pronozlaşdırıldığını bildirib. aia.az Geri dön |