Ana Sayfa > Parlament > Hər yeni prioritet əlavə xərc demək deyil –
Hər yeni prioritet əlavə xərc demək deyil –Bu gün, 11:38. Yazar: Subhan |
![]() “Yeni maliyyə ehtiyacları yarandıqda hər zaman əlavə maliyyə mənbələri axtarmaq lazım deyil. Hər yeni prioritet istiqamət mütləq yeni xərc demək deyil. Bəzən daha düzgün yanaşma mövcud büdcə daxilində prioritetlərin yenidən müəyyən edilməsidir”. aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, beynəlxalq təcrübədə bu yanaşma xərclərin yenidən prioritetləşdirilməsi adlanır. Komitə sədri çoxsaylı və təxirəsalınmaz maliyyə ehtiyaclarının olduğu Azərbaycanda bu yanaşmanın tətbiqinin praktik əhəmiyyət daşıdığını vurğulayıb. A.Əmiraslanov qeyd edib ki, 2027-ci il üçün 5,3 faizlik inflyasiya və 2,7 faizlik iqtisadi artım proqnozları fonunda dövlət büdcəsinin parametrləri fiskal siyasətdə daha sərt yanaşma tələb edir. Onun sözlərinə görə, növbəti illərdə iqtisadi fəallığın artırılması, büdcə gəlir və xərclərinin real artımının təmin edilməsi baxımından fiskal parametrlərin iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılması vacibdir. aia.az Geri dön |