Ana Sayfa > Gündəm > Azərbaycan Yəmənə humanitar yardım göndərdi

Azərbaycan Yəmənə humanitar yardım göndərdi


25-04-2017, 16:33. Yazar: admin
Azərbaycan Yəmənə humanitar yardım göndərdi



Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

AİA.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ili "İslam Həmrəyliyi ili" elan edən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

AİA.az
Geri dön