Ana Sayfa > Parlament / Karusel > “Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən XƏBƏR VAR
“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən XƏBƏR VAR25-04-2017, 16:32. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. AİA.Az report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Aslanovun 13 il, F.Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib. Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb. S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb. AİA.az Geri dön |