Ana Sayfa > Cəmiyyət / Karusel > "Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum

"Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum


25-04-2017, 16:01. Yazar: admin
"Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum



İstanbulda gecə vaxtı avtobusdan düşən 19 yaşlı H.D.-nı zorlamağa çalışıblar.

AİA.Az Milliyet-ə istinadən xəbər verir ki, qaçmağa çalışan təcavüzkarın arxasınca düşən H.D. ətrfadakılardan onu tutmaq üçün kömək istəyib. Ətrafdakıların tutub polisə təhvil verdiyi təcavüzkarın 37 yaşlı Suriya əsilli Rami R. olduğu məlum olub. O, prokurorluğun həbs tələbiylə məhkəməyə çıxarılıb. İttihamları qəbul etməyən Rami R. H.D.-yə başqa birinin hücum etdiyini iddia edib. "Bıçaq çəkən adam məndən də telefonumu istəyər deyə qaçdım" , - deyib.

H.D. isə yaşadığı şoku belə izah edib: "Məni zorlmaq istəyirdi. Qışqırıb təpik atandan sonra telefonumu cibimdən götürdü. Hadisə zamanı orada üçüncü bir adam yox idi. Mənə hücum edən o idi".

Şübhəliyə 22 il həbs tələbiylə iddia açılıb.

AİA.az
Geri dön