Ana Sayfa > Ölkə > Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi


Bu gün, 17:00. Yazar: vasif
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi


Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

“aia.az” Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu.
Geri dön