Ana Sayfa > Ölkə > Naxçıvanda qadınları yasa aparan avtobus aşdı -

Naxçıvanda qadınları yasa aparan avtobus aşdı -


Bu gün, 17:28. Yazar: vasif
Naxçıvanda qadınları yasa aparan avtobus aşdı -


Naxçıvanın Ordubad rayonunda sərnişin avtobusu aşıb.

“aia.az” “Report”a istinadən xəbər verir ki, 11 nəfərin xəsarət aldığı yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.

Hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva yaralanıblar.

İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Geri dön