Ana Sayfa > Dünya > SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edibBu gün, 10:38. Yazar: vasif |
![]() İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki helikopter bazasının hava hücumundan müdafiə radarına altı PUA ilə hücum edib. aia.az xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı PUA radar qurğusuna zərbə endirib. PUA-ların hədəflərə dəqiq zərbələr endirdiyi və partlayış səslərinin Bəhreynin müxtəlif ərazilərində eşidildiyi iddia olunub. SEPAH həmçinin ABŞ-nin Hörmüz boğazında neft daşımalarını müşayiət etmək adı altında həyata keçirdiyi əməliyyatın uğursuzluğa düçar olduğunu bəyan edib. SEPAH-ın bəyanatında Hörmüz boğazının bağlı olduğu vurğulanıb və ABŞ-nin istənilən hərbi müdaxiləsinə daha sərt cavab veriləcəyi bildirilib. Geri dön |