Ana Sayfa > Dünya > Husilər Ər-Riyada ballistik raketlə hücum edib
Husilər Ər-Riyada ballistik raketlə hücum edibBu gün, 08:47. Yazar: vasif |
![]() Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya paytaxt Ər-Riyada atılan iki ballistik raketi ələ keçirərək məhv edib. aia.az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanındakı koalisiya sözçüsü general Turku Əl-Maliki açıqlayıb: "Hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyada atılan iki ballistik raketi ələ keçirib və məhv edib". Bundan əvvəl Ər-Riyada hava hücumu xəbərdarlığı verildiyi barədə məlumatlar yayılmışdı. Həmçinin 15 noyabrda koalisiya sözçüsü Səudiyyə Ərəbistanının şərqində iki PUA-nın ələ keçirilməsi və məhv edilməsi barədə məlumat verib. Geri dön |