Ana Sayfa > Dünya > “Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”

“Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”


Dünən, 23:14. Yazar: vasif
“Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”


“Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”.

“aia.az” xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio Federalist Cəmiyyəti tərəfindən təşkil olunan Milli Hüquqşünaslar Konqresində çıxışı zamanı deyib.

Rubio beynəlxalq hüququn qlobal elita tərəfindən ABŞ-yə qarşı siyasi təzyiq alətinə çevrildiyini bildirib. Prezident Donald Trampın məhkəməyə sanksiyalar tətbiq etmək qərarını müdafiə edən Dövlət katibi vurğulayıb ki, Vaşinqton heç vaxt BCM-nin yurisdiksiyasını tanımayıb, lakin bu qurum suveren dövlətlər üzərində səlahiyyət iddia edərək özünü beynəlxalq nizamın hakimi və icraçısı elan edib.

İran məsələsinə də toxunan Marko Rubio Tehranın Şimali Koreyadan fərqli olaraq ekspansionist siyasət yürütdüyünü və nüvə silahı əldə edəcəyi təqdirdə bütün regionu, eləcə də, ABŞ-ni girov saxlayacağını deyib.

Dövlət katibi əlavə edib ki, Vaşinqtonun Tehrana tətbiq etdiyi hazırkı iqtisadi təzyiqlər ölkəni o qədər zəiflədib ki, hərbi əməliyyatlara ehtiyac qalmır.
Geri dön