Ana Sayfa > Dünya > DƏHŞƏTLİ VİRUS YAYILIR: 13 min toyuq MƏHV EDİLƏCƏK

DƏHŞƏTLİ VİRUS YAYILIR: 13 min toyuq MƏHV EDİLƏCƏK


Bu gün, 22:00. Yazar: vasif
DƏHŞƏTLİ VİRUS YAYILIR: 13 min toyuq MƏHV EDİLƏCƏK


Norveçdə quş qripi təhlükəsi səbəbindən minlərlə quşun kütləvi şəkildə məhv edilməsinə başlanılıb.

aia.az xəbər verir ki, ölkənin Akershus bölgəsindəki Vestbü bələdiyyəsində yerləşən quşçuluq fermasında yüksək patogenli quş qripi infeksiyasının yayılması qeydə alınıb.

Təhlükənin qarşısını almaq məqsədilə hakimiyyət 13 minə yaxın ev quşunun məhv edilməsi barədə qərar qəbul edib.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin məlumatına görə, virusun aşkarlandığı fermanın ətrafında iki nəzarət zonası yaradılıb: üç kilometr radiusda mühafizə və on kilometr radiusda müşahidə zonaları. Həmin ərazilərdə quşların saxlanılması və daşınması ilə bağlı sərt məhdudiyyətlər tətbiq olunub.

Mütəxəssislər hazırda yeni yoluxma halının ötən həftə Roqaland bölgəsinin Klepp bələdiyyəsində qeydə alınan əvvəlki hadisə ilə əlaqəli olub-olmadığını yoxlayırlar. Xatırladaq ki, həmin vaxt quş qripi səbəbindən 7,5 min toyuq məhv edilmişdi.

Norveç hakimiyyəti quşçuluq təsərrüfatı sahiblərinə biotəhlükəsizlik tədbirlərini gücləndirmək və quşlarda hər hansı şübhəli əlamət müşahidə olunarsa, dərhal məlumat vermək çağırışı edib.

Mütəxəssislərin bildirdiyinə görə, aşkar edilmiş virus quşların kütləvi ölümünə və ağır xəstəliklərə səbəb ola bilən yüksək patogen ştammlara aiddir. Bununla yanaşı, insanların bu virusa yoluxma riski ekstremal dərəcədə aşağı qiymətləndirilir.
Geri dön