Ana Sayfa > Ölkə > Bakıda hava kəskin dəyişəcək - Güclü külək, yağış və temperatur enişi gəlir
Bakıda hava kəskin dəyişəcək - Güclü külək, yağış və temperatur enişi gəlirBu gün, 14:05. Yazar: vasif |
![]() Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir. aia.az xəbər verir ki, meteoroloji məlumatlara əsasən, bu həftəsonu – 14 və 15 noyabr tarixlərində paytaxtda nisbətən mülayim və buludlu hava müşahidə olunacaq. Belə ki, şənbə günü havanın temperaturu gündüz 18-19 dərəcəyədək yüksələcək, gecə isə 8-9 dərəcə isti təşkil edəcək. Bazar günü, noyabrın 15-də də gündüz 17-18 dərəcə isti gözlənilsə də, küləyin sürətinin 16-17 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Yeni həftənin ilk günündən – noyabrın 16-dan etibarən Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi gözlənilir. Çərşənbə axşamı, noyabrın 17-də də sərin və buludlu hava davam edəcək, havanın temperaturu gündüz 10-11, gecə 8-9 dərəcə olacaq. Həftənin ortasından etibarən isə paytaxtda hava yenidən mülayimləşməyə başlayacaq. Noyabrın 18-də buludlu və yağıntısız hava şəraitində gündüz 14 dərəcə, gecə 7-9 dərəcə isti qeydə alınacaq. Cümə axşamı və cümə günləri – 19-20 noyabr tarixlərində temperaturun yenidən 16-18 dərəcəyə yüksələcəyi, əsasən buludlu və arabir küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Geri dön |