Ana Sayfa > Dünya > Türkiyə və Qətər arasında müdafiə sazişi imzalandı

Türkiyə və Qətər arasında müdafiə sazişi imzalandı


Bu gün, 23:00. Yazar: vasif
Türkiyə və Qətər arasında müdafiə sazişi imzalandı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani İstanbulda görüşüblər.

“aia.az” “TRT Haber istinadən xəbər verir ki, görüş Prezident Administrasiyasının Dolmabahçe Ofisində baş tutub.

Görüşdə Türkiyə-Qətər münasibətləri, regional və qlobal proseslər müzakirə olunub. Ərdoğan iki ölkə arasında imzalanan Qarşılıqlı Müdafiə Sazişinin əməkdaşlığı daha da gücləndirəcəyini bildirib. O, enerji və müdafiə sənayesi sahələrində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Danışıqlarda, həmçinin İsrailin Qəzzaya hücumları, bölgədəki humanitar vəziyyət, Suriyada normallaşma prosesi və Liviyadakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün yekununda Türkiyə ilə Qətər arasında 5 sənəd imzalanıb. Sənədlər ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edir. Onların arasında Qarşılıqlı Müdafiə Sazişi, sülh və münaqişələrin həlli üzrə əməkdaşlıq memorandumu, təhsil sahəsində əməkdaşlıq sazişi, istehlakçı hüquqlarının müdafiəsi üzrə memorandum və Yüksək Strateji Komitənin 12-ci iclasının Birgə Bəyannaməsi yer alıb.
Geri dön