Ana Sayfa > Manşet / Təhsil > Məktəblərdə bir həftə dərs olmayacaq
Məktəblərdə bir həftə dərs olmayacaqBu gün, 18:00. Yazar: Subhan |
![]() Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. aia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq. Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib. aia.az Geri dön |