Ana Sayfa > İdman > "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu

"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu


Bu gün, 13:46. Yazar: Subhan
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Bu barədə aia.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Raundun matçları iki günü əhatə edəcək. "Sabah" - "İmişli" matçı dekabrın 1-də, "Neftçi" - "Şəfa" və "Sumqayıt" - "Qarabağ" qarşılaşmaları dekabrın 2-də keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final mərhələsi

1 dekabr (çərşənbə axşamı)

14:00. "Karvan-Yevlax" – "Zirə"

Yevlax şəhər stadionu

16:00. "Sabah" – "İmişli"

"Sabah Arena"

19:00. "Turan Tovuz" – "Kəpəz"

Tovuz şəhər stadionu

2 dekabr (çərşənbə)

14:00. "Araz-Naxçıvan" – "Marafon"

Şamaxı şəhər stadionu

16:00. "Qəbələ" – "Şahdağ Qusar"

Qəbələ şəhər stadionu

16:00. "Neftçi" – "Şəfa"

"Palms Sports Arena"

19:00. "Gəncəbasar" – "Şamaxı"

Gəncə şəhər stadionu

19:00. "Sumqayıt" – "Qarabağ"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

aia.az
Geri dön