Ana Sayfa > Özəl > Nvidia rəhbəri ilə bağlı casusluq iddiasına ABŞ-dan açıqlama: “Belə nəticəyə gəlməmişik”
Nvidia rəhbəri ilə bağlı casusluq iddiasına ABŞ-dan açıqlama: “Belə nəticəyə gəlməmişik”Bu gün, 22:00. Yazar: vasif |
![]() ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Nvidia rəhbəri Jensen Huang ilə əlaqələndirilən qadının Çin kəşfiyyatına işlədiyi barədə hər hansı rəsmi nəticəyə gəlməyib. Bu barədə ABŞ rəsmisi Todd Blanş Vaşinqtonda keçirilən mətbuat konfransında danışıb. Jurnalistlərdən biri Ədliyyə Nazirliyinin həmin qadının Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyini nə vaxt öyrəndiyini soruşub. Blanş isə sualın təsdiqlənməmiş fərziyyəyə əsaslandığını bildirib. “Siz Ədliyyə Nazirliyinin onun casus olduğunu müəyyənləşdirdiyini iddia edirsiniz. Mən belə düşünmürəm. Bunu heç kim deməyib və mən də belə bir açıqlama verməmişəm”, – deyə o vurğulayıb. Blanşın sözlərinə görə, məsələ araşdırılır, lakin qadının kəşfiyyat fəaliyyəti ilə məşğul olub-olmadığı barədə yekun qənaət formalaşmayıb. “Nə Ədliyyə Nazirliyi, nə mən, nə də FTB direktoru Keş Patel onun kimliyi və fəaliyyəti barədə hər hansı nəticəyə gəlmişik”, – deyə rəsmi əlavə edib. Yayılan məlumatlarda Nvidia-nın direktorlar şurasının noyabrın 8-də Huang ilə bağlı araşdırmaya başladığı, buna səbəb kimi onun Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla şəxsi münasibətlərinin göstərildiyi iddia olunur. Həmçinin Huangın şirkətdəki rəhbər vəzifələrindən və direktorlar şurasından istefa verdiyi bildirilir. Çin Xarici İşlər Nazirliyi isə qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan kimi qiymətləndirib. ABŞ rəsmisinin açıqlamasından aydın olur ki, qadınla bağlı casusluq ittihamı rəsmi şəkildə təsdiqlənməyib. Geri dön |