Ana Sayfa > Dünya > “Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib

“Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib


25-04-2017, 12:31. Yazar: admin
“Eurovision”un Azərbaycandakı rəsmi fan-klubu səsvermə keçirib



"Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu keçirdiyi səsvermənin nəticələrini dərc edib.

AİA.az xəbər verir ki, "Eurovision”un azərbaycanlı fanatları ən yüksək xalı - 12 balı İtaliya nümayəndəsinə Françesko Qabbaniyə verib.

İkinci yerdə İsveç nümayəndəsi Robin Benqtsson (10 bal), üçüncü sırada isə Fransa təmsilçisi Alma (8 bal) qərarlaşıb. Sonrakı yerləri Avstraliya, Belçika, Estoniya, Makedoniya, Bolqarıstan, İsveçrə və Danimarka nümayəndələri tutub.

Qeyd edək ki, bu il "Eurovision” müsabiqəsi Kiyevdə 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycanı müsabiqədə "Skeletons” mahnısı ilə DiHaj (Diana Hacıyeva) təmsil edəcək.

AİA.az
Geri dön