Ana Sayfa > Özəl > Rusiya və Ukrayna ilə bağlı mühüm açıqlama: Yeni danışıqlar gələn həftə keçiriləcək
Rusiya və Ukrayna ilə bağlı mühüm açıqlama: Yeni danışıqlar gələn həftə keçiriləcəkBu gün, 19:47. Yazar: vasif |
![]() Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təmasların davam etdirilməsi planlaşdırılır. ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib ki, çoxtərəfli danışıqların növbəti mərhələsi gələn həftə baş tutacaq. Kuşner bu barədə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün nəticələrini jurnalistlərə şərh edərkən danışıb. Onun sözlərinə görə, Moskva görüşündə münaqişənin nizamlanması ilə bağlı məsələlər geniş müzakirə olunub. Aparılan fikir mübadiləsinin həm növbəti danışıqlara, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə nəzərdə tutulan təmaslara təsir göstərəcəyi gözlənilir. “Düşünürəm ki, bütün məsələləri ətraflı müzakirə etdik. Bu, gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək”, – deyə Kuşner bildirib. Bundan əvvəl ABŞ Prezidentinin digər xüsusi elçisi Stiv Uitkoff da Vaşinqtonla Moskvanın danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəldiyini açıqlamışdı. Uitkoffun sözlərinə görə, növbəti görüşdə Avropa nümayəndələrinin də iştirakı nəzərdə tutulur. Danışıqların konkret tarixi, keçiriləcəyi məkan və iştirakçıların tam siyahısı barədə isə hələlik əlavə məlumat verilməyib. Geri dön |