Ana Sayfa > Şou-biznes > 5 il əvvəl çıxdığı işdən yenidən təklif aldı

5 il əvvəl çıxdığı işdən yenidən təklif aldı


Bu gün, 12:16. Yazar: Subhan
5 il əvvəl çıxdığı işdən yenidən təklif aldı

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub.

aia.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-ci ildə isə bu işdən tamamilə uzaqlaşdığını bildirib.

Nazpəri hazırda ona yenidən müəllimliklə bağlı təkliflər gəldiyini açıqlayıb:

“İndi təklif gəlib. Düşünürəm, baxarıq. Milli Konservatoriyadan, İncəsənət Universitetindən dəvət var. Gözəl tələbələrim, gözəl işlərim var”.

aia.az
Geri dön