Ana Sayfa > Özəl > Şəmkirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə  tədbir keçirilib.

Şəmkirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə  tədbir keçirilib.


Bu gün, 11:32. Yazar: azer
Şəmkirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə  tədbir keçirilib.

12 Noyabr 2026 - cı il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir rayon Mədəniyyət Mərkəzində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar videoçarx izlənilib.

Çıxışlarda ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlətin hüquqi inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.

Daha sonra tədbir Şəmkir Mədəniyyət Mərkəzinin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.
Geri dön