Ana Sayfa > Karusel / Dünya > "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək
"Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcəkBu gün, 10:22. Yazar: Subhan |
![]() ABŞ Senatının Bank Komitəsinin sədri Tim Skott, "Nvidia" şirkətinin keçmiş baş direktoru Jensen Huanga Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən bir çinli qadınla münasibətləri ilə bağlı mediada yayılan xəbərlərlə əlaqədar 3 dekabrda keçiriləcək ictimai dinləmədə iştirak etməsini xahiş edən rəsmi məktub göndərdiyini açıqlayıb. aia.az xəbər verir ki, onun sözlərinə görə, Huang haqqında məlumatlar ABŞ-nin milli təhlükəsizliyi və həssas Amerika texnologiyalarının qorunması ilə bağlı ciddi narahatlıqlar doğurur. "Mən Jensen Huang və Ticarət katibi Howard Lutnick-dən Senatın Bank Komitəsi qarşısında ifadə vermələrini xahiş edirəm", - Skott vurğulayıb. Xatırladaq ki, noyabrın əvvəlində Amerikanın qrafik prosessor istehsalçısı Nvidia, Jensen Huangı hədəf alan Çin casusluq əməliyyatı ilə bağlı xəbərlərdən sonra müstəqil araşdırma başladıb. aia.az Geri dön |