Ana Sayfa > Özəl > Xameneidən İran ordusuna fövqəladə səlahiyyət – Dünyanın istənilən nöqtəsi hədəfə çevrilə bilər

Xameneidən İran ordusuna fövqəladə səlahiyyət – Dünyanın istənilən nöqtəsi hədəfə çevrilə bilər


Bu gün, 20:39. Yazar: vasif
Xameneidən İran ordusuna fövqəladə səlahiyyət – Dünyanın istənilən nöqtəsi hədəfə çevrilə bilər



İranın ali rəhbəri Müctəba Xamenei ölkənin silahlı qüvvələrinə mümkün hücumlara cavab vermək üçün coğrafi məhdudiyyət olmadan hərbi əməliyyatlar keçirmək səlahiyyəti verib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkvəzifəli müşaviri Məhəmmədrza Nəqdi açıqlama verib.
Onun sözlərinə görə, Xameneinin göstərişi İran ordusuna və digər hərbi birləşmələrə ölkəyə qarşı mümkün təhdidlərə dünyanın müxtəlif bölgələrində cavab vermək imkanı yaradır.
“Əgər düşmən yenidən səhv addım ataraq təcavüzə əl atarsa, dünyanın müxtəlif yerlərində ağır zərbələrlə qarşılaşacaq”, – deyə Nəqdi xəbərdarlıq edib.
Məlumata əsasən, İranın ali rəhbəri oktyabrın 31-də hərbi komandanlığa mümkün təhlükələrə dərhal reaksiya vermək, potensial hədəflərin dairəsini genişləndirmək və coğrafi məhdudiyyətləri nəzərə almamaq barədə göstəriş verib.
Tehranın bu mövqeyi ABŞ və İsraillə davam edən hərbi-siyasi gərginlik fonunda səsləndirilib. İran rəsmiləri mümkün yeni hücumlara cavabın yalnız Yaxın Şərqlə məhdudlaşmaya biləcəyini bildirirlər.
Bununla belə, İranın uzaq məsafələrdə hərbi əməliyyatlar həyata keçirmək imkanlarının miqyası tam aydın deyil.
Yeni göstəriş İranın mümkün hücumlara cavab strategiyasının coğrafi baxımdan genişləndirildiyini göstərir. Lakin bu səlahiyyətin hansı şəraitdə və hansı hədəflərə qarşı tətbiq olunacağı barədə əlavə təfərrüat açıqlanmayıb.
Geri dön