Ana Sayfa > Özəl > Moskvadan Ermənistana xəbərdarlıq: “KTMT-dən çıxarsa, çox şey itirəcək”

Moskvadan Ermənistana xəbərdarlıq: “KTMT-dən çıxarsa, çox şey itirəcək”


Bu gün, 20:00. Yazar: vasif
Moskvadan Ermənistana xəbərdarlıq: “KTMT-dən çıxarsa, çox şey itirəcək”




Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün ayrılması ilə bağlı İrəvana xəbərdarlıq edib.

Matviyenko bildirib ki, Ermənistanın təşkilatda üzvlüyünü davam etdirib-etdirməməsi ölkənin müstəqil qərarıdır. Bununla belə, o, KTMT-dən çıxmağın İrəvan üçün ciddi itkilərlə nəticələnə biləcəyini vurğulayıb.

“KTMT-dəki üzvlüyünü davam etdirib-etdirməmək Ermənistanın öz səlahiyyətində olan məsələdir. Hesab edirəm ki, əgər Ermənistan digər yolu seçərsə, çox şey itirəcək”, – deyə Matviyenko bildirib.

Rusiya rəsmisi bu açıqlamanı Vyetnama səfərinin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən verib.

Matviyenkonun sözləri Moskvanın Ermənistanın KTMT-dən mümkün ayrılmasına mənfi münasibətini bir daha ortaya qoyur.

Bununla belə, Rusiya Federasiya Şurasının sədri Ermənistanın təşkilatdan çıxacağı təqdirdə konkret hansı itkilərlə üzləşəcəyini açıqlamayıb.
Geri dön