Ana Sayfa > Özəl > Hörmüz boğazında güclü partlayış – 4 milyon bareldən çox neft daşıyan iki tanker yanır
Hörmüz boğazında güclü partlayış – 4 milyon bareldən çox neft daşıyan iki tanker yanırBu gün, 18:15. Yazar: vasif |
![]() Dünya neft ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazında iki iri neft tankerində partlayış baş verdiyi bildirilir. Hadisədən sonra hər iki gəmidə yanğın başlayıb. TASS agentliyinin məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb. Məlumata əsasən, ümumilikdə 4 milyon bareldən çox neft daşıyan tankerlər İranın icazə vermədiyi marşrutla hərəkət edərkən partlayış baş verib. SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirib ki, gəmilər əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının cənub hissəsində icazəsiz marşrutla hərəkətlərini davam etdiriblər. Güclü partlayışlardan sonra hər iki tankerin hərəkətini dayandırdığı açıqlanıb. İran tərəfi bölgədə fəaliyyət göstərən digər gəmilərə də sərt xəbərdarlıq edib. SEPAH bəyan edib ki, Fars körfəzi və Hörmüz boğazında naviqasiya sistemlərini söndürən, icazəsiz marşrutlardan istifadə edən və bu zaman ABŞ hərbi qüvvələri ilə əməkdaşlıq edən gəmilər də oxşar hadisələrlə üzləşə bilər. Hadisənin dəqiq səbəbləri, tankerlərin heyət üzvlərinin vəziyyəti və mümkün itkilər barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, partlayışlarla bağlı məlumatlar İran tərəfinin açıqlamasına əsaslanır və hadisənin detalları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Geri dön |