Ana Sayfa > Gündəm > Rus hərbçini öldürən erməni məhkəməyə çıxarılır

Rus hərbçini öldürən erməni məhkəməyə çıxarılır


24-04-2017, 15:56. Yazar: admin
Rus hərbçini öldürən erməni məhkəməyə çıxarılır



Ermənistanda rus əsgərin qətlində şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxacaq.

AzVision.az xəbər verir ki, bu barədə TASS-a Ermənistanın İstintaq Komitəsindən bildiriblər. Qeyd olunub ki, məhkəmə onun barəsində qətimkan tədbiri təyin edəcək.

“Bu gün şübhəli şəxsin tutulmasının 72 saatı tamam olur. Ona ittiham elan olunacaq və məhkəmə qətimkan tədbiri kimi onun həbsi barədə məsələyə baxacaq”.

Qeyd edək ki, Rusiya hərbçisi Dmitri Yalpayevin qətlində Ermənistan vətəndaşı 20 yaşlı Arman Cancuqazyan şübhəli bilinir. O, cinayəti törətdikdən dərhal sonra polis tərəfindən saxlanılıb. İstintaqın məlumatına görə, ötən ilin noyabrında erməni ordusunda xidmət keçən zaman Cancuqazyanın səhhətində problem aşkar edilib və o, müayinə üçün hərbi hospitalın psixiatriya şöbəsinə göndərilib. Ekspertlər onu sülh dövründə hərbi xidmətə yararsız hesab edərək bir ay əvvəl hərbidən təxris ediblər.

Xatırladaq ki, Rusiyanın Gümrü şəhərində yerləşən "102"-ci hərbi bazasında xidmət edən 21 yaşlı sıravi əsgər D.Yalpaev aprelin 22-də boyun və baş nahiyəsinə kəsici-deşici alətlə yetirilmiş xəsarətlər nəticəsində ölüb.

AİA.az
Geri dön