Ana Sayfa > İdman > Arda Güler "Real Madrid"in təklifini
Arda Güler "Real Madrid"in təklifiniBu gün, 10:08. Yazar: Subhan |
![]() Türkiyə millisinin ulduz futbolçusu Arda Güler şərəfini qoruduğu "Real Madrid"lə müqaviləni yeniləmək barədə razılığa gəlməyib. aia.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb. İddia olunur ki, gənc futbolçu "Kral klubu"nun illik 8 milyon avroluq maaş təklifindən imtina edib. Məlumata görə, 21 yaşlı oyunçu ilə PSJ yaxından maraqlanır. Paris klubunun Ardanın keçidinə 200 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Fransa nəhənginin gənc ulduza illik təqribən 22 milyon avro məvacib təklif etdiyi bildirilir. PSJ-nin fantastik təklifi ilə əlaqədar "Real"ın Gülerə yeni müqavilə və daha yüksək maaş təklif edəcəyi gözlənilir. Qeyd edək ki, futbolçunun sabiq klubu "Fənərbağça"nın 20 faizlik pay hüququ var. Futbolçu 200 milyon avro qarşılığında Fransa klubuna transfer olunarsa, İstanbul təmsilçisi bu keçiddən 40 milyon avro qazanacaq. Qeyd edək ki, daha əvvəl "Real"ın Arda Gülerlə müqavilənin müddətini 5 il uzadacağı barədə məlumatlar yayılmışdı. aia.az Geri dön |