Ana Sayfa > Ölkə > Xilasedicilər bağlı qapını açdı -

Xilasedicilər bağlı qapını açdı -


Bu gün, 20:11. Yazar: vasif
Xilasedicilər bağlı qapını açdı -


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“aia.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar olunan 2023-cü il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.


Geri dön