Ana Sayfa > Dünya > Pakistanda 11 polis öldürüldü -

Pakistanda 11 polis öldürüldü -


Bu gün, 18:00. Yazar: Subhan
Pakistanda 11 polis öldürüldü -

Pakistanın Xeyber-Paxtunxva (KP) əyalətinin Kohat rayonunda polis dəstəsinə hücum edilib.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 11 polis əməkdaşı həlak olub, 12 nəfər isə yaralanıb.

Kohat polisi sözçüsü Məhəmməd Numan Zebin verdiyi məlumata görə, silahlı şəxslər polislərə atəş açıb və beş polis avtomobilini yandırıblar. Bu hücum, Pakistanın şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətində polis qüvvələrini hədəf alan militant hücumlarının artdığı bir dövrdə baş verib.

aia.az
Geri dön