Ana Sayfa > Gündəm > Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb


Bu gün, 16:33. Yazar: Subhan
Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Astara Terminalında cari ilin yanvar-oktyabr ayları və oktyabr ayı üzrə yükaşırma göstəriciləri tarixi maksimuma yüksəlib.

ADY-dən aia.az-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında terminalda 753 min tondan çox yük aşırılıb.

Təkcə oktyabr ayında isə yükaşırmanın həcmi 122 min tonu ötüb.

Beləliklə, həm on aylıq dövr, həm də oktyabr ayı üzrə terminalın fəaliyyətində rekord göstərici qeydə alınıb.

aia.az
Geri dön