Ana Sayfa > Gündəm > Asif Əsgərov Zaqatalada şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak edib
Asif Əsgərov Zaqatalada şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak edibBu gün, 16:13. Yazar: azer |
![]() Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhidlərin əziz xatirəsinin yad edilməsi və onların qəhrəmanlıq irsinin yaşadılması məqsədilə keçirilən tədbirlərdə iştirak edib. İlk olaraq, Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən müharibəsi qəhrəmanı, şəhid Şixamir Qaflanovun büstünün açılış mərasimi keçirilib. Mərasimdə millət vəkili Asif Əsgərovla yanaşı, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Millət vəkili qəhrəmanımızın şərəfli döyüş yolundan, Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi misilsiz igidlik və fədakarlıqdan bəhs edib. Çıxışlar zamanı şəhidlərimizin Vətən qarşısındakı əvəzsiz xidmətləri, onların qəhrəmanlığının gənc nəslə örnək olduğu və bu müqəddəs irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Şəhidin ailə üzvlərinin iştirakı ilə açılışı həyata keçirilən büstün onun əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gimnaziyada təhsil alan şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm töhfə verəcəyi qeyd olunub. Millət vəkili daha sonra Zaqatala rayonunun Suvagil kəndindən olan şəhid Əhmədov Ehtiramın anım tədbirində iştirak edib. Kənd ictimaiyyəti və şəhid ailələri ilə birlikdə qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Tədbirdə Ehtiram Əhmədov kimi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igid oğullarımızın qəhrəmanlıq salnaməsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. Asif Əsgərov şəhidlərimizin xatirəsinin yaşadılmasının, onların ailələrinə diqqət və qayğının göstərilməsinin, qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanmasının hər zaman xüsusi əhəmiyyət daşıdığını bildirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Geri dön |