Ana Sayfa > Siyasət / Parlament > Deputatlar Rusiya Federasiyasında səfərdədirlər
Deputatlar Rusiya Federasiyasında səfərdədirlərBu gün, 14:00. Yazar: azer |
![]() Milli Məclisin deputatları Zaur Şükürov və Rizvan Nəbiyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədirlər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlar Həştərxan şəhərində 11 saylı orta məktəbin əsaslı şəkildə yenidən qurulmasının və məktəbə Ulu Öndər Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər noyabrın 13-də başa çatacaq. Geri dön |