Ana Sayfa > İdman > “Turan” Voleybol Klubundan daha bir tarixi uğur
“Turan” Voleybol Klubundan daha bir tarixi uğurBu gün, 21:06. Yazar: vasif |
![]() Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “aia.az” xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma azarkeşlərin böyük marağı və dəstəyi fonunda baş tutub. Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib. Beləliklə, Tovuz təmsilçisi adını Avropanın ən güclüləri sırasına yazdırıb. Geri dön |