Ana Sayfa > Dünya > Respublikaçıların məğlubiyyəti Trampın xarici siyasətinə təsir edəcək? -
Respublikaçıların məğlubiyyəti Trampın xarici siyasətinə təsir edəcək? -Bu gün, 15:19. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Trampın xarici siyasəti Respublikaçılar Partiyasının aralıq seçkilərdəki məğlubiyyətinə baxmayaraq dəyişməyəcək. aia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, Vaşinqton İran və Rusiya-Ukrayna müharibələrinin diplomatik yolla başa çatdırılması istiqamətində səylərini davam etdirəcək. Rubionun sözlərinə görə, xarici siyasətin müəyyənləşdirilməsində əsas söz Konqresə deyil, prezidentə məxsusdur. “Konqresin xarici siyasətimizdə, xüsusilə onun maliyyələşdirilməsi və nəzarət funksiyasında rolu var. Lakin xarici siyasətin müəyyənləşdirilməsində bir nömrəli amil həmişə prezident olub və belə də qalacaq”, – o bildirib. Dövlət katibi qeyd edib ki, Tramp İranla, eləcə də Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq niyyətindədir. Bununla belə, ABŞ beynəlxalq arenada “Amerika hər şeydən əvvəl” prinsipinə əsaslanacaq. Geri dön |