Ana Sayfa > Dünya > ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdiBu gün, 11:11. Yazar: vasif |
![]() Birləşmiş Ştatlar İrandan gələn təhlükə siqnallarından sonra Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinə məxsus bazada yerləşən tanker təyyarələrini təcili şəkildə Almaniyaya və digər müttəfiq ölkələrə köçürüb. “aia.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ hərbi rəhbərliyi İrandan gələn mümkün təhdidlərə qarşı təhlükəsizlik tədbirlərini artırıb. Bu çərçivədə Britaniyadakı strateji bazada saxlanılan tanker təyyarələrinin başqa ölkələrə rotasiyası həyata keçirilib. Lakin mənbələr təhdidin xarakteri, onun qəfil və ya ümumi təhlükəsizlik riski ilə bağlı olub-olmaması barədə detallı məlumat verməyiblər. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü WSJ-yə verdiyi açıqlamada konkret hərbi əməliyyatlar və ya təhdid detalları haqqında məlumat verə bilməyəcəyini bildirib. Bununla belə, rəsmi şəxs ABŞ hərbi təyyarələrinin əməliyyat ehtiyacları və təhlükəsizlik mülahizələri səbəbindən müxtəlif bazalar arasında tez-tez dislokasiya olunduğunu vurğulayıb. Geri dön |