Ana Sayfa > Cəmiyyət / Karusel > Xalq artisti oğlunun ölümünə dözmədi - YENİLƏNİB - FOTO

Xalq artisti oğlunun ölümünə dözmədi - YENİLƏNİB - FOTO


24-04-2017, 15:06. Yazar: admin
Xalq artisti oğlunun ölümünə dözmədi - YENİLƏNİB - FOTO



14:41

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi başlayıb.

AİA.Az-ın report-a istinadən məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

----------

12:05

Xalq artisti, Bəstəkarlar İttifaqının keçmiş katibi, professor Ramiz Zöhrabov bir neçə saat öncə vəfat edib.

AİA.Az xəbər verir ki, bu barədə ölkə.az-a Zöhrabovun dostu, tanınmış şair Vüqar Əhməd məlumat verib.

Qeyd edək ki, muğam müsabiqəsinin keçmiş jürisi R.Zöhrabovun oğlu, rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurmuş və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Allah rəhmət eləsin!

AİA.az
Geri dön