Ana Sayfa > Dünya / Karusel > Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? - YENİLƏNİB

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? - YENİLƏNİB


24-04-2017, 15:04. Yazar: admin
Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? - YENİLƏNİB



14:39

AİA.Az bildirir ki, azxeber.com məsələylə bağlı müğənni Damla ilə əlaqə saxlayıb.

Müğənninin meneceri Şəhriyar faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: "Dama Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına "stop" qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu "stop" aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir".

----------

14:16

Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.

AİA.Az ölkə.az-a istinadən xəbər verir ki, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.

Qeyd edək ki, son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.

AİA.az
Geri dön