Ana Sayfa > Dünya > “İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”


Bu gün, 22:16. Yazar: vasif
“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”


“İsrail ABŞ-ni İranla sonsuz müharibə bataqlığına çəkir”.

“aia.az” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” heesabında yazıb.

Qalibaf Vaşinqton administrasiyasını “Israel-First” siyasətindən imtina etməyə çağırıb.

“İsrail administrasiyası ABŞ-ni İranla sonsuz hərbi münaqişəyə sürükləmək üçün intensiv səylər göstərir. Bu ehtimal olunan müharibə istər Respublikaçı, istərsə də Demokrat olsun, heç bir ABŞ prezidentinin qaça bilməyəcəyi bir bataqlığa çevriləcək. Vaşinqton “Israel-First” yanaşmasından əl çəkməzsə, ABŞ və onun müttəfiqləri qaranlıq bir dövrə qədəm qoyacaqlar”, - o qeyd edib.
Geri dön