Ana Sayfa > İqtisadiyyat > SOCAR ilə “Sinopec Corp.” arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə “Sinopec Corp.” arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb


Bu gün, 15:24. Yazar: azer
SOCAR ilə “Sinopec Corp.” arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Çin Xalq Respublikasının Şanxay şəhərində SOCAR ilə “China Petroleum & Chemical Corporation” (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev, “Sinopec Corp.” şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıblar.

Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Sənədə əsasən tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma və təchizat zəncirlərinə daxil edilməsi imkanlarının araşdırılmasını və qarşılıqlı razılaşdırılacaq digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.

Geri dön