Ana Sayfa > Şou-biznes > Özcan Dənizin xanımı ölümdən döndü –
Özcan Dənizin xanımı ölümdən döndü –Bu gün, 18:00. Yazar: vasif |
![]() Türkiyəli müğənni və aktyor Özcan Dənizin həyat yoldaşı Samar Dadqar səhhəti ilə bağlı ciddi narahatlıq keçirib. aia.az Türkiyənin “Haberler” nəşrinə istinadən xəbər verir ki, Samar Dadqar yaşadığı qorxulu anları sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, əməliyyatdan iki gün əvvəl xəstəxanaya gedib. Lakin burada qəfil vəziyyəti pisləşib və təxminən doqquz saat davam edən ağır anlar yaşayıb. Dadqarın sözlərinə görə, nəbzi 220-yə qədər yüksəlib, nəfəs almaqda və danışmaqda çətinlik çəkib. Həkimlər təcili müdaxilə edərək onun vəziyyətini nəzarət altına alıblar. Müğənninin həyat yoldaşı narahatlığın xəstəxanada ona vurulan C vitamininə qarşı allergik reaksiyadan qaynaqlana biləcəyini düşündüyünü bildirib. O, əvvəllər də allergiyası olduğunu həkimlərə söylədiyini qeyd edib. Lakin narahatlığın dəqiq səbəbi açıqlanmayıb. Samar Dadqar yaşadıqlarını həyatının ən qorxulu doqquz saatı kimi xarakterizə edib. Hazırda vəziyyətinin yaxşılaşdığını, lakin nəbzinin hələ də 105 olduğunu və yuxusuzluq yaşadığını bildirib. Baş verənlərdən sonra diz əməliyyatı təxirə salınıb. Dadqar bir müddət evdə istirahət edəcəyini açıqlayıb. Geri dön |