Ana Sayfa > Dünya > Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıbBu gün, 16:00. Yazar: vasif |
![]() Mingəçevirdə bıçaqlanma qeydə alınıb. “aia.az”ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisəni törətməkdə 1991-ci il təvəllüdlü Vüsal Kazımlı şübhəli bilinir. Onun Elgün Rzayevi mübahisə zamanı bıçaqladığı bildirilir. Qeyd edək ki, yaralanan Elgün Rzayev Vətən müharibəsinin iştirakçısıdır. Faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı DİN-dən bildirilib ki, gecə saat 02:00 radələrində Mingəçevir şəhəri ərazisində bıçaqlanma olub. 27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib. Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir. Geri dön |