Ana Sayfa > Ölkə > Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdır
Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzasıdırBu gün, 15:04. Yazar: azer |
![]() Bayraq bir dövlətin dünyaya təqdim etdiyi milli imzası, bir xalqın tarixi yaddaşı, azadlıq iradəsi və sarsılmaz müstəqillik əzminin təcəssümüdür. Azərbaycanın üçrəngli bayrağı əsrlərin dərinliklərindən süzülüb gələn milli kimliyimizin, türkçülük məfkurəsinin, müasirlik və tərəqqi amalının, zəngin mənəvi dəyərlərimizin möhtəşəm ifadəsidir". Bunları “Aztəminatlı ailələrə sosial-psixoloji dəstək” İctimai Birliyinin sədri Suzana Məmmədova deyib. O bildirib ki, bu bayrağın hər rəngində bir tarix, hər dalğalanışında bir qürur, hər naxışında bir millətin taleyi yaşayır: "O, xalqımızın azadlıq mübarizəsinin, dövlətçilik ənənələrinin və gələcəyə ünvanlanan böyük ideallarının rəmzidir. Bu gün üçrəngli bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə və Vətənimizin hər guşəsində əzəmətlə dalğalanması milli iradəmizin, birliyimizin və suverenliyimizin təntənəsidir. Bu mənzərənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz Vətən sevgisi dayanır. Bayrağımızın ucalığı dövlətimizin əzəməti, dalğalanışı xalqımızın azadlıq nəfəsi, varlığı isə milli qürurumuzun əbədi ifadəsidir!" İctimai birlik sədri deyib ki, bu müqəddəs rəmz qarşısında baş əyir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik: "Qoy Azərbaycan Bayrağı daim yüksəklərdə dalğalansın, onun kölgəsində müstəqil, qüdrətli və firavan Azərbaycan nəsillər boyu yaşasın! 9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək olsun! Bayrağımız uca, dövlətimiz qüdrətli, Azərbaycanımız daim var olsun!". Anar Geri dön |