Ana Sayfa > Ölkə > Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi


Bu gün, 11:14. Yazar: vasif
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi


Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib.

“aia.az” xəbər verir ki, xəbərdarlıq deyilir:

“Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur.

Əsasən toqquşma, aşma, maneə vurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da, sonradan ciddi fəsadlara yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır!”
Geri dön