Ana Sayfa > Dünya > Tramp bu ölkələrdən ödəniş tələb etdi
Tramp bu ölkələrdən ödəniş tələb etdiBu gün, 10:00. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam şəkildə kompensasiya etməlidir. aia.az xəbər verir ki, o, bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb. "Bizim müdafiə etdiyimiz ölkələr müharibə zamanı çəkdiyimiz bütün xərcləri istisnasız olaraq ödəməlidir. Çünki biz olmasaydıq, onların mövcudluğu belə mümkün olmazdı. Biz olmasaydıq, İsrail də olmazdı", - Tramp deyib. ABŞ lideri administrasiyasının İsrailin təhlükəsizliyinin təmin olunmasındakı rolunu da vurğulayıb. "Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı", - ABŞ Prezidenti fikirlərini təkrarlayıb. Geri dön |