Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib
Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edibBu gün, 13:14. Yazar: azer |
![]() Noyabrın 8-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 8 noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsinin önünə tər güllər düzüblər. Geri dön |