Ana Sayfa > Gündəm / Siyasət > Prezident: İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı

Prezident: İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı


Bu gün, 13:22. Yazar: vasif
Prezident: İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı



İşğal dövründə Ermənistan Azərbaycanın təbii sərvətlərini talayırdı.
aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq", - Prezident bildirib.

Dövlət başçısı xatırladıb ki, işğal dövründə bizim bütün şəhər və kəndlər yerlə-yeksan edilib:

"Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".
Geri dön