Ana Sayfa > Siyasət > Ermənistan TRİPP-lə bağlı İrana SÖZ VERDİ

Ermənistan TRİPP-lə bağlı İrana SÖZ VERDİ


Bu gün, 22:42. Yazar: vasif
Ermənistan TRİPP-lə bağlı İrana SÖZ VERDİ


Ermənistan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması çərçivəsində İrana qarşı heç bir addım atmayacaq.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

III Ümumdünya Erməni Sammitində çıxış edən Simonyan vurğulayıb ki, İrəvan İrana və ya digər qonşu dövlətlərə qarşı yönəlmiş hər hansı prosesdə iştirak etmək niyyətində deyil.

"Biz heç vaxt İrana və ya hər hansı qonşumuza qarşı yönələn bir prosesə qoşulmarıq və qoşula da bilmərik. Bu, bizim dəyişməz siyasi mövqeyimizdir", - deyə Simonyan bildirib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, TRIPP müstəsna olaraq iqtisadi layihədir və burada hərbi qüvvələrin yerləşdirilməsini nəzərdə tutulmur:

"TRIPP layihəsi çərçivəsində orada hətta tək bir silahlı əsgərin belə olması ehtimal edilmir".
Geri dön