Ana Sayfa > Dünya > Simonyan: Türkiyə bizə hücum edərsə, o zaman...
Simonyan: Türkiyə bizə hücum edərsə, o zaman...Bu gün, 17:15. Yazar: vasif |
![]() Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin təhlükəsizliyinin yalnız hərbi güclənmə və xarici himayə ilə təmin edilə bilməyəcəyini bəyan edib. Simonyan Ermənistanın yeni müharibələrin qarşısını almaq və dövlətçiliyini qorumaq üçün Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalı, qonşularla sülh şəraitində yaşamağı öyrənməli olduğunu bildirib. aia.az xəbər verir ki, Simonyan bu fikirləri İkinci Erməni Dünyası Sammitində Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı verilən suala cavabında səsləndirib. Sammit iştirakçılarından biri Ermənistanın əvvəlcə hərbi və iqtisadi baxımdan güclənməli, yalnız bundan sonra qonşularına dostluq və əməkdaşlıq təklif etməli olduğunu bildirib. Onun fikrincə, güclü düşmənə hörmət edilir, Türkiyə ilə münasibətləri indidən yaxşılaşdırmaq cəhdləri isə güzəşt kimi görünür. O, Ermənistanın təhlükəsizliyinin əsasən Rusiyadan və onun hərbi dəstəyindən asılı olması fikrini də tənqid edib. Simonyanın sözlərinə görə, Türkiyənin Rusiyanın himayəsi olmadan mütləq Ermənistana hücum edəcəyi barədə təsəvvürlər reallığı əks etdirmir. “Əgər türklər hücum etmək qərarına gəlsələr, daha güclü olmağa vaxtımız olmayacaq, heç nə etməyə vaxtımız olmayacaq”, – deyə o, təhlükəsizlik məsələlərinin ölkənin gələcəkdə güclənməsinə qədər təxirə salınmasının riskli olduğunu vurğulayıb. Simonyan Ermənistanın demoqrafik vəziyyətinə də diqqət çəkib. O bildirib ki, SSRİ dağıldıqdan sonra Ermənistan əhalisinin sayı artmayıb, Azərbaycanın əhalisi isə təxminən 10 milyona çatıb. Onun fikrincə, İrəvan son onilliklərdə ölkənin inkişafına mane olan səbəbləri araşdırmalı və nəticə verməyən yanaşmalardan imtina etməlidir. Geri dön |